Xəbərlər və mətbuat
«Caspian Lubricants Recycling» MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
© İqtisadi Zonaların İnkişafı Agentliyi
8 May, 2024
Azərbaycan-Bolqarıstan birgə müəssisəsi «Caspian Lubricants Recycling» MMC-yə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Economiczones.gov.az xəbər verir ki, şəhadətnamə Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda təqdim edilib.
Şirkət sənaye parkının ərazisində istifadə olunmuş mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı layihəsini həyata keçirəcək.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
İstinad: İqtisadi Zonaların İnkişafı Agentliyi, May 2024. www.economiczones.gov.az/post/caspian-lubricants-recycling-mmc-ye-sumqayit-kimya-senaye-parkinin-rezidenti-statusu-verilib/. 29 May 2024 tarixində alındı.







