Xəbərlər və mətbuat
«Caspian Lubricants Recycling» və «Caspian Hydrogen Development Group» arasında alternativ enerji üzrə strateji əməkdaşlıq
© «Caspian Lubricants Recycling» MMC
11 İyul, 2025
«Caspian Lubricants Recycling» MMC və «Caspian Hydrogen Development Group» MMC arasında alternativ enerji sahəsində strateji tərəfdaşlıqı elan edirik.
10 İyul 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, «Caspian Hydrogen Development Group» şirkəti «Caspian Lubricants Recycling» ilə əməkdaşlıq çərçivəsində alternativ enerji təminatı məqsədilə külək elektrik stansiyasının qurulmasını planlaşdırır.
Razılaşmanın imzalanmasından sonra «Caspian Lubricants Recycling» şirkətinin baş direktoru Kalin Runtev aşağıdakı bəyanatı verdi:
«Şirkətlərimiz arasında Anlaşma Memorandumunun imzalanması nəticəsində, Azərbaycan Respublikası bölgədə ilk dəfə tullantıların təkrar emalı vasitəsilə I qrup baza yağlarının dayanıqlı istehsalını həyata keçirəcək.
Bu əməkdaşlıq çərçivəsində biz daha yaşıl gələcək naminə birgə addımları atmağa sadiqik».






