Xəbərlər və mətbuat
«Caspian Lubricants Recycling» «PAŞA Bank» tərəfindən təşkil olunan istehsal və tikinti biznesi konfransında iştirak edib


© «PAŞA Bank» ASC
27 Fevral, 2025
25 fevral 2025-ci il tarixində Bakıda «PAŞA Bank» maliyyə institutu tərəfindən «Istehsal və tikinti biznesi 2025: Layihə maliyyələşdirilməsi kreditləri və sahibkarlar üçün yeni imkanlar» adlı konfrans keçirilmişdir.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Banklar Assosiasiyası, «Caspian Lubricants Recycling», İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, «PASHA Holding», «Deloitte Azərbaycan», «PAŞA Bank»ın rəhbər heyəti, özəl sektorun nümayəndələri və 100-ə yaxın qonaq iştirak edib.
Konfransda istehsal və tikinti sektorunun indiki vəziyyəti, biznesin maliyyələşdirilməsi imkanları, sahibkarlar üçün yeni maliyyə alətləri və bu sahənin inkişaf perspektivləri ətraflı müzakirə olunub.
İstinad: «PAŞA Bank» ASC, Fevral 2025. https://www.pashabank.az/press_centre,2061/lang,az/. 02 Mart 2025-ci il tarixində alındı.




