Xəbərlər və mətbuat
Mühərrik yağlarının tarixi və texnoloji inkişafı

© «Getty Images Holdings», Inc.
28 Avqust, 2025
Sürtkü yağlarının tarixi, kimya sənayesinin inkişafı və neftin emalı proseslərində əldə olunan texnoloji nailiyyətlərlə sıx bağlıdır. Bu prosesin ilkin mərhələsində neftin emalından əldə edilən məhsullar — bu gün «mineral yağlar» adlandırdığımız maddələr — sənaye avadanlıqlarının yağlanması üçün istifadə olunurdu.
Mühərrik yağlarının istehsalı, neftin sənaye miqyasında istifadəsi ilə eyni dövrdə — 1859‑cu ildə, avtomobilin ixtirasından əvvəl və benzinin daxili yanma mühərrikləri üçün yanacaq kimi yararlı olduğu kəşf edildiyi vaxtda başlamışdır.
İlk mineral yağların əsas çatışmazlıqlarından biri onların tez köhnəlməyə məruz qalması idi. Bunun səbəbi isə yağlama üçün vacib hesab olunan bəzi yüngül fraksiyaların qızdırıldıqda buxarlanması idi.
Digər tərəfdən, bu yağların əksəriyyətindən qış mövsümündə istifadə mümkün olmurdu, çünki tərkibindəki ağır parafin karbohidrogenləri aşağı temperaturda bərkiyirdi.
Bu problemlərin aradan qaldırılması məqsədilə kimyaçıların apardığı tədqiqatlar mexaniki, kimyəvi və istilik təsirləri, həmçinin yanma məhsulları ilə çirklənmə nəticəsində keyfiyyətini itirən yağların yaxşılaşdıracaq əlavələrin axtarışı idi.
Beləliklə, müəyyən miqdarda tətbiq edilən yağların xüsusiyyətlərini dəyişdirən ilk əlavələr ortaya çıxdı. Bu isə bu gün də aktuallığını qoruyan baza yağları və əlavələrin istehsal qarışığını, müəyyənləşdirdi.
1947‑ci ildə Amerika Neft İnstitutu ilk spesifikasiyalarını təqdim edərək yağları üç sinfə ayırdı: Regular — yalnız təmiz mineral yağdan ibarət; Premium — oksidləşmə inhibitorları əlavə olunmuş; Heavy Duty — oksidləşmə inhibitorları ilə yanaşı dispersiyaedici əlavələr də olan.
Bütün bu məhsullar uzun illərdir Qrup I baza yağlarından hazırlanır və bu yağlar «Caspian Lubricants Recycling»-in fəaliyyətində də geniş istifadə olunur.




