Xəbərlər və mətbuat
Xəzər regionunda ilk ekoloji yağ emalı zavodu – «Caspian Lubricants Recycling» layihəsi

© «Trend İnformasiya Agentliyi» MMC
04 Oktyabr, 2025
«Caspian Lubricants Recycling» şirkətinin tullantı yağların emalı üzrə ilk zavod ölkədə strateji xammal – birinci qrup baza yağı istehsal edəcək, gələcəkdə isə məhsulun 70 faizədək hissəsinin ixraca yönəldilməsi planlaşdırılır.
«Trend.Az»-a müsahibəsində Azərbaycan-Bolqarıstan birgə müəssisəsinin baş direktoru Kalin Runtev bildirib ki hazırda istifadə olunmuş yağlarının emalı üzrə zavodun tikinti mərhələsindədir.
«Bu, ekoloji layihədir və onun çərçivəsində Bazel Konvensiyasına əsasən təhlükəli sayılan və ətraf mühitə böyük ziyan vuran tullantılar emal olunacaq. Bizim üçün ilk mərhələ – Sumqayıt Sənaye Parkında tullantı yağların emalı və ilk baza yağının istehsalıdır. Zavod Xəzər regionunda ilk belə müəssisə olacaq».
Kalin Runtevin sözlərinə görə, şirkət ilk dəfə olaraq Avropa sisteminin bir hissəsinə çevriləcək və bu sistem COP29-da qəbul olunan qərarları – dairəvi iqtisadiyyat, tullantıların emalı və davamlı inkişaf sahəsindəki yanaşmaları özündə birləşdirir.
«Biz qlobal tədarükçü olmağa hədəflənmişik və potensial bazarlar kimi Türkiyə və Avropanı görürük. Məhsulun minimum 60–70 faizini ixraca yönəltməyi planlaşdırırıq. Baza yağları beynəlxalq bazarlarda kotirovka olunan birja məhsuludur. Burada indiyədək oxşar layihələr həyata keçirilməyib».
Baş direktor qeyd edib ki, Azərbaycanın ildə 150 min tondan çox baza yağına ehtiyacını nəzərə alaraq müəssisə bütün daxili bazarı təmin etməyi və yerli istehsalçılara daha yaxşı şərtlər təklif etməyi qarşısına məqsəd qoyur.
Baza yağları olmadan nə sənaye, nə avtomobil, nə də texniki yağların istehsalı mümkündür. Zavod hazırda diqqətdən kənarda qalan və ətraf mühitə zərər vuran tullantılardan Azərbaycanda məhsul istehsal edəcək.
«Şirkət üçün önəmli olan sürət yox, nəticədir. Şirkət qısamüddətli deyil, uzunmüddətli əməkdaşlığa hazır olan tərəfdaş axtarır, investisiyanın iki günə qaytarılmasını tələb edən yox».
İstinad: «Trend İnformasiya Agentliyi» MMC, Oktyabr 2025. https://az.trend.az/business/green-economy/4098973.html. 04 Oktyabr 2025-ci il tarixində alındı.




