«Caspian Lubricants Recycling» şirkətinin rəhbər heyəti Lubricant Expo Middle East – Yaxın Şərqin ən böyük biznes konfransında iştirak edib.
Tədbir hər il Birləşmiş Ərəb Əmirliklərində sürtkü materialları sənayesinin liderlərini toplayır.
Konfrans 20–22 yanvar tarixlərində Dubay şəhərindəki «Dubai Festival City» kompleksində keçirilib. Onun çərçivəsində 120-dən çox stend, 1500-dən artıq iştirakçı və 50 spiker regionun müxtəlif ölkələrindən toplaşıb.
Sərgidə sürtkü yağları, funksional əlavələr, baza yağları, avadanlıqlar və müasir ekoloji yanaşmalar kimi sənayenin əsas texnoloji mövzuları müzakirə olunub.
«Caspian Lubricants Recycling» müştəriləri ilə görüşlər keçirməkdən, həmçinin potensial tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun qalıb və gələcəkdə birgə layihələrin uğurla həyata keçiriləcəyinə ümid edir.



