17 may 2026‑cı il tarixində Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova «Caspian Lubricants Recycling» işlənmiş sürtkü yağlarının təkrar emalı şirkətə rəsmi səfər edib.
Prezident İlyana Yotova Azərbaycan Respublikasında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasında (WUF-13) iştirakı çərçivəsində, Sumqayıt Sənaye Parkında 2024‑cü ilin May ayıında rezident statusu əldə etmiş Azərbaycan Bolqarıstan birgə müəssisəsinə gəlib.
«Caspian Lubricants Recycling» MMC-nin baş direktoru Kalin Runtev Bolqarıstan Prezidentin nümayəndə heyətinə şirkətinin ərazisində tanışlıq ekskursiyanı keçirib və istehsalın işə salınmasına hazırlıq üzrə əsas mərhələləri təqdim edib.
Bakıdan 33 kilometr məsafədə yerləşən zavod bu ilin sonlarında açılışını planlaşdırır və illik maksimum 24 000 ton işlənmiş sürtkü yağlarının distillasiyası ilə yüksək keyfiyyətli baza yağları istehsal edəcək.
Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və «Caspian Lubricants Recycling» birgə ekoloji layihələrin inkişafında böyük əhəmiyyətini qeyd edib.








