«Caspian Lubricants Recycling» MMC və «Caspian Hydrogen Development Group» MMC bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə strateji əməkdaşlıq haqqında razılığa gəliblər.
10 iyulda imzalanmış Anlaşma Memorandumuna əsasən, «Caspian Hydrogen Development Group» «Caspian Lubricants Recycling» ilə tərəfdaşlıq çərçivəsində şirkəti alternativ enerji ilə təmin etmək üçün külək elektrik stansiyasının tikintisini planlaşdırır.
«Caspian Hydrogen Development Group» ilə razılaşmanın imzalanmasından sonra «Caspian Lubricants Recycling» şirkətinin baş direktoru Kalin Runtev aşağıdakı rəsmi bəyanatı verdi:

«Şirkətlərimiz arasında Anlaşma Memorandumunun imzalanması nəticəsində, Azərbaycan Respublikası bərpa olunan enerji mənbələrinə əsaslanan tullantıların təkrar emalı vasitəsilə bölgədə ilk dəfə olaraq I qrup baza yağlarının dayanıqlı istehsalını həyata keçirir.
Bu əməkdaşlıq çərçivəsində biz daha yaşıl gələcəl naminə birgə addımlar atmağa sadiqik».



