«Caspian Lubricants Recycling»: davamlı iqtisadi inkişafın yeni mərhələsi

Azərbaycan-Bolqarıstan birgə layihəmiz dayanıqlı iqtisadi inkişaf strategiyasında əsaslanır və bu sahədə yeni imkanlar yaradır.
Hər il Respublikamıza 80 min tondan 140 min tonadək müxtəlif növ yağ və sürtkü materialları idxal olunur. Azərbaycanda baza yağlarının istehsalı mövcud olmadığından, yerli sənaye tam şəkildə xarici mənbələrə bağlıdır.
Əvvəllər, istifadə olunmuş sənaye və mühərrik yağları nəzarətsiz şəkildə ya tullantı kimi atılır, ya da yanacaq məqsədilə istifadə edilirdi, bu da ətraf mühitə ciddi zərər vururdu. Məsələn, cəmi 5 litr tullantı yağın yandırılması insanın üç il ərzində nəfəs aldığı hava miqdarını çirkləndirməyə kifayətdir.
Sürtkü yağlarının molekulyar quruluşu zamanla strukturunu itirmir; yalnız tərkibindəki funksional əlavələr öz effektivliyini itirir və onların yenilənməsinə ehtiyac yaranır.
«Caspian Lubricants Recycling» tərəfindən tətbiq edilən texnologiya tullantı yağların emalını üç əsas təmizləmə mərhələsi ilə həyata keçirir:
Atmosfer distillasiyası: İlk mərhələdə susuzlaşdırılmış yağ dizel və benzin yanacaqlarında mövcud olan karbohidrogenləri çıxarmaq məqsədilə atmosfer distillasiyasına məruz qalır.
Vakuum distillasiyası: İkinci mərhələdə təmizlənmiş yağ 300°C-dən yüksək temperaturda vakuum distillasiyasına məruz qalır. Nazik filmli buxarlandırıcılar kimi vakuum avadanlıqları yağ distillatları dəqiq şəkildə ayrılır, sonrakı istehsal üçün yararsız hesab edilən komponentlər isə xaric edilir.
Adsorbsiya təmizlənməsi: Son mərhələdə alınmış distillat 80°C temperaturda regenerativ adsorbsiya yolu ilə təmizlənir və bu proses nəticəsində məhsul beynəlxalq keyfiyyət standartlarına cavab verir.
Bu texnologiya sayəsində biz əlavə tullantı yaratmadan, insan sağlamlığı üçün təhlükəli olan materialdan həm yerli, həm də beynəlxalq bazarda tələbat görən I qrup baza yağı istehsal edirik.